...

SOFAZ-ın investisiya portfelində ABŞ dolları, avro və funt sterlinqin payı artıb

Energetika Materials 21 İyun 2023 15:31 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) investisiya portfelində 2022-ci ildə ABŞ dolları, avro və funt sterlinqin payı 2021-ci illə müqayisədə artıb.

Trend bu barədə çərşənbə günü xəbər verir.

Aşağıdakı cədvəldə SOFAZ-ın investisiya portfeli üzrə məlumatlar əks olunub:

Valyuta

2022-ci ildə payı (%)

2021-ci ildə payı (%)

ABŞ dolları

56,5

55,9

Avro

20,4

19,5

Funt sterlinq

5,2

5,1

Qızıl

12,1

13,1

Digər

5,8

6,4

Hesablama Palatasının məlumatlarına görə, hesabat dövründə SOFAZ-ın investisiya portfelinin valyutalar üzrə bölüşdürülməsində Fondun təsdiqlənmiş investisiya siyasətinə uyğunsuzluq aşkarlanıb. Bu məsələnin həlli üçün Dövlət Neft Fondunun investisiya portfelinin aktivlər və valyutalar üzrə bölüşdürülmə əmsallarının balansdırılmasına dair Təlimatlarına əsasən lazımi düzəlişlər edilib. Birinci rübün sonunadək bu göstəricilər investisiya siyasətinin tələblərinə uyğunlaşdırılıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Twitter: @Lyaman_Zeyn

Xəbər lenti

Xəbər lenti