Bakı. Trend:
“Xaçmaz” elektrik stansiyasında istismara verildiyi tarixdən bugünədək ümumilikdə 5,4 mlrd. kVt·st elektrik enerjisi istehsal olunub.
Bu barədə Trend Energetika Nazirliyindən məlumat əldə edib.
"Hər birinin gücü 8,7 MVt olan 10 ədəd qaz porşenli aqreqatdan ibarət stansiyanın ümumi qoyuluş gücü 87 MVt təşkil edir",- məlumata əlavə edilib.
Qeyd edək ki, modul tipli “Xaçmaz” elektrik stansiyası 2006-cı ilin dekabrın 7-də istismara verilib.