...

Ötən il Azərbaycanda əmtəəlik elektrik enerjisi istehsalı azalıb

Energetika Materials 10 Fevral 2025 15:37 (UTC +04:00)
Ötən il Azərbaycanda əmtəəlik elektrik enerjisi istehsalı azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycanda 25,8 milyard kilovatt/saat əmtəəlik elektrik enerjisi istehsal olunub.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 794,8 milyon kVt/saat və ya 3% azdır.

Belə ki, 2023-cü ildə ölkədə 26,6 milyard kVt/saat əmtəəlik elektrik enerjisi istehsal olunmuşdu.

Qeyd edək ki, Azərbaycanda 2024-cü il ərzində 26,7 milyard kilovatt/saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da bir il əvvələ nisbətən 8,7% azdır. Ümumilikdə isə ölkədə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2024-сü ildə 1321,4 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti