Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycandan 13 ölkəyə 3,3 milyard ABŞ dolları dəyərində 6 milyon ton neft məhsulları (xam məhsullardan başqa, bitumlu süxurlardan alınmış neft və neft məhsulları; tərkibində neft və ya neft məhsullarının miqdarı 70 kütlə % və ya daha çox olan məhsullar) satılıb.
Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Neft məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsi ilə 4,4% və ya 153,5 milyon ABŞ dolları azalıb, həcm ifadəsi ilə isə 7,3% və ya 411,1 min ton artıb.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 24,3% artaraq 12 milyard ABŞ dolları təşkil edib.
Məlumata görə, son bir ildə ölkə üzrə ixrac 6,7% və ya 401,75 milyon ABŞ dolları artaraq 6,4 milyard ABŞ dolları, idxal isə əksinə 52,6% və ya 1,9 milyard ABŞ dolları artaraq 5,7 milyard ABŞ dolları təşkil edib.
Hesabat dövründə xarici ticarət dövriyyəsinə 722,9 milyon dollarlıq müsbət saldo yaranıb.