...

NOV Azərbaycanda geotermal quyuların qazılmasında səmərəliliyin artırılmasından danışıb

Energetika Materials 10 Dekabr 2025 10:33 (UTC +04:00)
NOV Azərbaycanda geotermal quyuların qazılmasında səmərəliliyin artırılmasından danışıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan xüsusilə də Qarabağda geotermal ehtiyatlara malikdir və borular üçün xüsusi örtükdən istifadə geotermal quyuların qazılması prosesinin səmərəliliyini artırır.

Trend xəbər verir ki, bunu neft-qaz sahəsi üçün avadanlıqların və texnologiyaların istehsalı üzrə aparıcı beynəlxalq korporasiyalarından biri “National Oilwell Varco”un (NOV) Azərbaycan bölməsi olan “NOV Azerbaijan LLC”nin direktoru/baş meneceri Cerard T.Dennehi Bakıda keçirilən “Asset Integrity & Corrosion and Coatings Conference” adlı beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, dərin və yüksəktemperaturlu quyular üçün boruların xüsusi örtük vasitəsilə termoizolyasiya texnologiyası tövsiyə olunur və bu geotermal layihələrdə qazmanın səmərəliliyini artırır.

“Hesab edirəm ki, Azərbaycanın, xüsusilə Qarabağın istifadə oluna biləcək böyük ehtiyatları var. Borular üçün xüsusi örtük tətbiq etməklə geotermal quyuların qazılmasında xeyli üstünlüklər əldə etmək mümkündür”, – deyə o qeyd edib.

O xatırladıb ki, “Tuboscope” bölməsi tərəfindən təxminən 25 il əvvəl hazırlanmış "TK-liner" sistemi geniş tətbiq olunur və bu günə qədər təxminən 70 milyon fut boru bu cür laynerlərlə təchiz edilib.

Baş menecer həmçinin "TK-Ring"in əhəmiyyətini vurğulayaraq bildirib ki, bu həll axının maneəsiz hərəkətini və alətlərin quyuya düşürülməsi prosesinin təhlükəsizliyini təmin edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti