...

ARDNŞ AZERI LIGHT NEFTİNİN SATIŞI ÜZRƏ TENDERİ BAĞLI ELAN EDİB

Energetika Materials 19 İyul 2005 13:12 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Gürcüstanın Qara dənizdəki Supsa limanından həcmi 1 milyon barel (135 min ton) olan Azeri Light netinin bir tanker partiyasının satışı üzrə tenderin satışını bağlı elan edib. Bu barədə Trend ə ARDNŞ-dən məlumat verilib.

ARDNŞ-in nümayəndəsinin sözlərinə görə, tenderin qalibi Almaniyanın Select Energy GMBH şirkəti olub ki, şirkət avqustun 6-7-də Supsadan neft yükləyəcək.

ARDNŞ gəlirli nefti "Azəri-Çıraq-Günəşli" yataqlarından hasil etdiyi xammalın hesabına əldə edir. ARDNŞ bu laiyhədə 10% -lik payla iştirak edir. Layihənin operatoru BP-dir.

ARDNŞ Supsadan həmçinin bu il sentyabrın 26-27-də , oktyabrın 22-23-də, noyabrın 16-17-də və dekabrın 29-30-da 1 milyon barel neft yükləmək niyyətindədir. Azərbaycana gəlirli neftin satışından gələn vəsait ölkənin Dövlət Neft Fonduna daxil olur.

Beləliklə, bu il Supsadan ARDNŞ-in neftini Glencore, Arcadia, Unipetrol, Total və Select Energy GMBH şirkətləri alıb. Azeri Light-ın tərkibində kükürodün miqdarı 0,14%, API üzrə sıxlığı 34,9 təşkil edir.

Xəbər lenti

Xəbər lenti