Cari ildə Azəriqaz QSC "Qaradağ" və "Kalmaz" yeraltı qaz ambarlarına (YQA) 1 mlrd.m3. təbii qaz vurmaq niyyətindədir. Trend in məlumatına əsasən, sentyabrın 6-da keçirilmiş mətbuat konfransında Azəriqaz QSC-nin sədr müavini Nazim Səmədzadə bu barədə bildirib.
Onun sözlərinə görə, sentyabrın 6-na olan vəziyyətə görə, qaz ambarlarına 750 mln. m3. ehtiyat qaz yığılıb və bu iş davam etdirilir. "Qaradağ və Kalmaz YQA-nın fəal həcmi 1,3 mlrd. m3.təşkil edir.
Əgər 1995-ci ildən biz ildə 200-300 mln.m3 ehtiyat qazı məhdudlaşdırsaydıq, onda 2000-ci ildən başlayaraq Rusiyadan təbii qaz idxal edərək biz vurulan qazın həcminin artırılması imkanı əldə edərdik " -deyə N.Səmədzadə bildirib.
Onun sözlərinə görə, təbii qaz ehtiyatlarının yığım dinamikası 2002-ci ildə 450 mln. m3, 2003-2004-cü illərdə - 530 mln. m3, 2004-2005-ci illərdə 602 mln. m3. olub. "Yanacaq-energetika balansı olaraq bizə cari ildə 700 mln.m3 qaz yığılması tapşırılıb.
Amma Nazirlər Kabinetinin sərəncamına əsasən, YQA-na 1 mlrd. m3 qaz vurulacaq və bugünkü resurs bizə bu həcmin yığımını vurulan mövsümün sonunadək proqnozlaşdırmağa imkan verir " -deyə N.Səmədzadə fikrini bitirib.