...

ENERGETİKA NAZİRİ BƏYAN EDİB Kİ, QAZAXISTAN TEZLİKLƏ BTC NEFT BORU KƏMƏRİNƏ QOŞULMAĞI NƏZƏRDƏ TUTUR

Energetika Materials 10 Sentyabr 2005 12:23 (UTC +04:00)

(İTAR-TASS) - Qazaxıstan Azərbaycanla Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinə qoşulmaq barədə hökumətlərarası sazişin tezliklə imzalanacağını nəzərdə tutur.Bu barədə "Qazaxıstanın sənaye-innovasiya strategiyası: biznes üçün yeni imkanlar"mövzusunda keçirilən investisiya konfransında iştirak edən Qazaxıstan energetika və mineral ehtiyatlar naziri Vladimir Şkolnik bildirib.

"Deyə bilərəm ki, bu il biz belə bir sazişi imzalayacağıq" -deyə o cümə günü İTAR-TASS-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, Qazaxıstan BTC neft boru kəməri ilə 20 mln. tonadək neft nəql etməyi nəzərdə tutur.Eyni zamanda Qazaxıstan neftinin Tengiz yatağından Rusiya ərazisi ilə nəqlini təmin edən Xəzər boru kəməri konsorsiumunun (XBK) imkanları artırılır.

"Biz bütün şirkətlərlə memorandumun imzalanması məsələlərini prinsip etibarilə həll etmişik.Həmin memorandumda Atırau-Novorossiysk neft boru kəməri, yəni XBK-də neftin nəqli həcmini ildə 67 mln.tonadək çatdıraraq onu genişləndirmək barədə razılığa gəlirik " - deyə Qazaxıstan energetika naziri bildirib.

Xəbər lenti

Xəbər lenti