...

AZƏRBAYCAN NEFTÇİLƏR GÜNÜNÜ VƏ "ƏSRİN MÜQAVİLƏSİ"NİN 11-Cİ İLDÖNÜMÜNÜ QEYD EDİR

Energetika Materials 20 Sentyabr 2005 14:39 (UTC +04:00)

Bu gün Azərbaycan "Neftçilər günü"nü və "Azəri-Çıraq-Günəşli" yatağı blokunun işlənib-hazırlanmasında "Əsrin Müqaviləsi" nin imzalanmasının 11-ci ildönümünü qeyd edir. "Neftçilər günü" 2001-ci ildə Azərbaycan prezidentinin fərmanı ilə təsis edilib. Trend bildirir ki, 1994-cü il sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi" Xəzərin Azərbaycan şelfinin neft-qaz ehtiyatlarının fəal mənimsənilməsinin başlanğıcı oldu.

Azərbaycan Beynəlxalq Əməliyyat şirkətini (AIOC) təsis edən saziş iştirakçıları arasında Amerikanın Amoco, McDermott, Unocal, Pennzoil, Exxon, Britaniyanın BP və Ramco, Norveçin Statoil, RUsiyanın LUKoil, Türkiyənin TPAO və Səudiyyə Ərəbistanının Delta Oil şirkətləri vardır.Sonralar konsorsiumun iştirakçı şirkətlərinin siyahısında dəyişikliklər oldu, müqavilədə iştirak payı yenidən bölüşdürüldü və yenidən satıldı. McDermott müqavilədən çıxdı, AIOC-a Yaponiyanın Itochu şirkəti daxil oldu, iki neft nəhəngi - BP və Amoco birləşdi. Konsorsiuma Amerikanın Exxon ilə birləşən və artıq layihənin iştirakçısı olan Mobil daxil oldu.Bundan başqa, AIOC-da "yeni" adlar yarandı: Devon Energy (keçmiş Pennzoil), Britaniyanın Ramco şirkəti 2000-ci ildə layihədən çıxdı.Şirkət öz payını (2,0825%) Səudiyyə-Amerikan alyansı olan Delta Hess şirkətinə $150 mln. olaraq satdı.Sonra Rusiyanın LUKOIL şirkəti öz payını (1-%) Yaponiyanın Inpex şirkətinə satdı.

Hazırda layihənin iştirakçıları bunlardır: - BP (34,1367% pay), Unocal (10,2814%), ARDNŞ (10%), Inpex (10%), Statoil (8,5633%), ExxonMobil (8,006%), TPAO (6,75%), Devon Energy (5,6262%), Itochu (3,9205%), Delta Hess (2,7213%).

Ötən 10 il ərzində konsorsiuma 4 prezident: Terri Adams, Devid Priçard, Con Leqat və bu gün prezident olan Deyvid Vudvord başçılıq edib.

1997-ci ilin noyabrında Azərbaycan ilə Rusiya arasında imzalanmış hökumətlərarası sazişə əsasən, Bakı-Novorossiysk boru kəməri ilə ara dənizin Novorossiysk limanına ilk neft dünya bazarlarına sonrakı ixrac üçün nəql olundu.Bununla yanaşı dünya standartlarına uyğun Səngəçal terminalı istismara verildi.İtaliyanın Saipem şirkəti tərəfindən iki sualtı boru kəməri - Səngəçaladək 24-dyumlu neft boru kəməri, "Neft daşları"nda qaz-kompressor stansiyasınadək 12-dyumlu qaz boru kəməri tikildi.artıq 2005-ci ildə AIOC "Azəri" yatağının mərkəzində neft hasil etməyə başladı.

1999-cu ilin aprelində Gürcüstanda Supsa terminalı və Bakı-Supsa neft boru kəməri istismara verildi

2002-ci ilin 18 sentyabrında Səngəçalda BTC-nin tikintisinə başlanıldı, 2005-ci ilin 25 mayında isə neft boru kəmərinə ilə ilk neft vuruldu.BTC ilə əsasən AÇQ müqavilə sahəsində hasil edilən neft nəql olunur.Boru kəmərinin buraxılış qabiliyyəti ildə 50 mln. ton təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti