Bu gün Bakıda Lukoil Azerbaijan Qapalı Tipli Səhmdar Cəmiyyətinin ofisində LUKOIL şirkətinin rəhbəri Vahid Ələkbərovun iştirakı ilə "Azərbaycan mənim zəngin diyarım" adlı yeni kitabın təqdimat mərasimini keçirib. Trend in məlumatına görə, mərasimdə Azərbaycanın mədəniyyət naziri Polad Bül-Bül oğlu, LUKOIL-un, digər neft şirkətlərinin yüksək rütbəli nümayəndələri iştirak edib.
Kitab az tirajla - 2000 nüsxədə buraxılıb. Qeyd edək ki, bu gün kitabın ilk nüsxəsi V.Ələkbərov tərəfindən ölkə prezidenti ilə görüşü zamanı İlham Əliyevə hədiyyə edilib.