...

BP "Şahdəniz" layihəsi üzrə dəniz boru kəmərlərinin 40%-nin çəkildiyini bəyan edib

Energetika Materials 16 Noyabr 2005 12:55 (UTC +04:00)

İndiyə kimi ümumi uzunluğu 270 km olan "Şahdəniz" layihəsinin "Mərhələ-1" çərçivəsi üzrə dənizdə boru kəmərlərinin 40%-ə yaxını çəkilib. Trend xəbər verir ki, VR-nin (layihənin operatoru) noyabrın 16-da yaydığı press-relizində bildirilir ki, "Mərhələ-1" çərçivəsində dənizdə boru kəmərlərinin çəkilməsi üzrə bütün proqram 2006-cı ilin sonlarında başa çatdırılacaq.

"Mərhələ-1" çərçivəsində sualtı boru kəməmərinin çəkilişinə 2005-ci ilin sentyabrında başlanılıb. Proqrama hər birinin uzunluğu 90 km olan 3 boru kəmərinin çəkilişi daxildir: 26 düyməlik qaz kəməri, kondensatlar üçün 12 düyməlik boru kəməri və 4 düyməlik monoetilenqlikolun vurulması üçün boru kəməri.

Proqramda boru çəkən "İsrafil Hüseynov" barjasından istifadə olunub. Bu iş üzrə podratçı McDermott Caspian Contractors şirkətidir.

Xəbər lenti

Xəbər lenti