...

Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyəyə çatıb

Energetika Materials 19 Noyabr 2005 11:30 (UTC +04:00)

Cümə günü, axşam Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Gürcüstan-Türkiyə sərhədini keçib. Trend Türkiyə KİV-ə istinadən bildirir ki, Türkiyə energetika və təbii sərvətlər naziri Hilmi Gülər bu barədə bəyan edib.

Nazirin sözlərinə görə, neftin ilk partiyası Ərdəhan vilayətinin Posov rayonundakı nasos stansiyasına çatıb, Ceyhan limanında ilk tankerin doldurulması isə 2006-cı ilin yazın əvvəlinə planlaşdırılıb.

"BTC layihəsi sayəsində hər il Türkiyə iqtisadiyyatı 200 mln. dollar alacaq"-deyə H. Gülər qeyd edib və bildirib ki, beləliklə, rəsmi Ankara yaxın aylarda Samsun-Ceyhan neft boru kəmərinin çəkilməsi üzrə yeni layihənin gerçəkləşdirilməsinə başlanılacağını elan edəcək.

"Bizə (Türkiyə və İtaliya) Rusiya ilə ümumi dil tapmaq nəsib oldu və tezliklə BTC-nin alternavtivi olmayacaq həmin layihə üzrə texniki-hesablama işləri başlayacaq"-deyə nazir bildirib və Hindistanın da layihədə iştirak etməsi barədə istəyini artıq bildirdiyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti