...

ARDNŞ 2005-ci ilin yanvar-noyabrında Novorossiyskdən neft daşınmasını 35% azaldıb

Energetika Materials 1 Dekabr 2005 14:06 (UTC +04:00)

Yanvar-noyabrda ARDNŞ Novorossiysk limanından 2004-cü ilin analoji dövründa daşınan 2,39 mln. tona qarşı 1,545 mln. ton Ural nefti yükləyib. Bu barədə Trend ə ARDNŞ-də bildirilib.

ARDNŞ-in məlumatına əsasən, 2005-ci ilin noyabrında Novorossiyskdən Ural neftinin daşınması 2004-cü ilin oktyabrında 78,64 min ton və noyabrında 136,4 min tona qarşı 167,2 min ton təşkil edib.

2004-cü il ərzində ARDNŞ Novorossiyskdən 2559,1 min ton neft satıb ki, bu da 2003-cü illə müqayisədə 77,1 min ton çoxdur. Bakı-Novorossiysk boru kəməri ilə 1 ton neftin nəqli üçün tarif $15,67 təşkil edir.

ARDNŞ-də bildirilib ki, noyabrda Urals neftinin bir barelinin orta qiyməti $52,14 (oktyabrın orta qiymətindən $3,50/bar. az) təşkil edib.

Xəbər lenti

Xəbər lenti