...

2006-cı ildə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti 22 milyon tona yaxın Azeri Light nefti hasil etmək niyyətindədir

Energetika Materials 14 Dekabr 2005 18:18 (UTC +04:00)

2006-cı ildə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) "Azəri-Çıraq-Günəşli" yatağından 21,95 mln ton neft (sutkada 439 min barel) neft hasil etmək niyyətindədir. Trend in məlumatına görə, bu barədə dekabrın 14-də mətbuat kofnransında BP Azərbaijan şirkətinin rəhbəri Devid Vudvord bəyan edib.

Onun sözlərinə görə, bu həcmə həmçinin, "Şahdəniz" yatağından sutkada çıxan kondensat da əlavə olunur. Beləliklə, Azərbaycanda BP-nin rəhbərlik etdiyi iki layüihə çərçivəsində ümumi hasilat 22,9 mln ton ( sutkada 458 min barel) təşkil edir.

2005-ci il ərzində ABƏŞ "Azəri-Çıraqlı-Günəşli"dən orta sutkalıq hasilatın 262 min barel (13,1 mln ton) təşkil edəcəyini ehtimal edir.

BP Azərbaijan-ın rəhbərinin sözlərinə görə, 2006-cı ildə "Azəri-Çıraq-Günəşli", Bakı-Tbilisi-Cyehan və Şahdəniz layihələri üzrə ümumi xərclərin 2005-ci ildə proqnozlaşdırılan $5,297 mlrda qarşı $4,058 mlrd təşkil edəcək. Eləcə də, 2006-cı ildə "Azəri-Çıraq-Günəşli"yə kapital investisiyaları $2,552 mlrd (2005-ci ildə nəzərdə tutulan $2,711 mlrda qarşı), Bakı-Tbilisi-Ceyhana $0,641 mlrd ($1,287 mlrda qarşı), "Şahdəniz" ə $0,865 mlrd ($1,299 mlrda qarşı) sərf olunacaq.

Xəbər lenti

Xəbər lenti