...

Azərbaycanda bir sıra yüksəkvoltu yarımstansiyaların reabilitasiyası başa çatıb

Energetika Materials 19 Dekabr 2005 13:49 (UTC +04:00)

Almaniyanın Siemens şirkəti "Ötürücü sistemlərin reabilitasiya proqramı" layihəsinin əsas hissəsini başa çatdırıb. Trend ə bu barədə Azərenerji SC-nin vitse-prezidenti Marlen Əsgərov məlumat verib.

Onun sözlərinə görə, proqram çərçivəsində 110 kV-luq "Yevlax", "Abşeron", "Puta", "Maştağa", "Yaşma" və digər yarımstansiyalarda təmir işləri aparılıb. Açarların dəyişdirilməsi, rabitə və mühafizə sisteminin yaradılması kimi işlər həyata keçirilib. "Qış mövsümü ilə əlaqədar "Binəqədi" və "Xırdalan" yarımstansiyalarında təmir işlərini cari ildə bitirmək mümkün olmadı. Bu işlər 2006-cı ildə başa çatacaq", - deyə o qeyd edib.

"Ötürücü sistemlərin reabilitasiya proqramının həyata keçirilmə müddəti 2006-cı ilin yay aylarında başa çatmalıdır. Bu layihənin reallaşdırılması "Azərbaycan Respublikasının yanacaq-energetika kompleksinin inkişafı üzrə Dövlət Proqramında (2005-2015-ci illər)" nəzərdə tutulub.

Layihə Almaniyanın KfW İnkişaf bankı tərəfindən maliyyələşdirilir. Bank bu məqsədlə 10 il güzəşt dövrü və illik 0,75%-lə 40 il müddətinə təxminən 12 mln avro vəsait ayırıb.

Xəbər lenti

Xəbər lenti