...

BP "Mərkəzi Azəri"də neft hasilatının əvvəlki həcmində bərpasına hazırlaşır

Energetika Materials 31 Yanvar 2006 15:01 (UTC +04:00)

Azərbaycan beynəlxalq əməliyyat şirkəti (ABƏŞ) bu gün Səngəçal neft terminalında şirkətin neftinin separasiyası üçün iki qızdırıcı qurğunun ərpdən təmizlənməsi prosesini başa çatdırır. Bu barədə Trend ə BP Azerbaijan ("Azəri" - "Çıraq" - "Günəşli" yataqlarının işlənib hazırlanması layihəsinin operatoru) şirkətində bildirilib.

Bu işlərin aparılması üçün yanvarın 25-dən BP müvəqqəti olaraq neft və "Azəri"yatağının mərkəzində "AÇG" layihəsi çərçivəsində quraşdırılmış platformadan səmt qazının hasilatını azaldıb.

Yataqda hasilat gün ərzində 240-250 min barel neftdən 170 min barelədək azalıb. Şirkətdə də qeyd olunduğu kimi, sabahdan hasilat əvvəlki həcmdə bərpa ediləcək.

Xəbər lenti

Xəbər lenti