...

BTC boru kəmərinə təxminən 630 min ton Azəri Light texniki nefti vurulub

Energetika Materials 7 Fevral 2006 15:28 (UTC +04:00)

BTC boru kəməri şirkəti Bakı-Tiflis-Ceyhan boru kəmərinin texniki neftlə doldurulmasını davam etdirir. BTC Co-nun operatoru olan BP-dən Trend ə verilən məlumata görə, bu günədək BTC-yə təxminən 630 min ton, 2006-cı ilin yanvarında isə 60,3 min ton Azəri Light növlü neft vurulub. Boru kəmərinin tam doldurulması üçün 10 mln barel neft lazımdır.

Sentyabrda Ceyhan limanına ilk neft ixrac olunub və tankerdən neft anbarlarından birinə yüklənib. Azəri Light növlü neft Gürcüstanın Supsa limanından Ceyhan limanına sentyabrın birinci ongünlüyündə terminalın sınaqdan keçirilməsi və BTC-nin bir hissəsinin doldurulması üçün nəql edilmişdi.

BTC şirkəti tərəfindən 600 min barel neft "Azəri-Çıraq-Günəşli" yatağından neft hasil edən ABƏŞ-dən alınıb.

BTC boru kəmərinin 2006-cı ilin yazında istismara verilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti