...

Dövlət Neft Şirkəti yanvar ayında qazma işlərini 40% azaldıb

Energetika Materials 8 Fevral 2006 12:52 (UTC +04:00)

Bu ilin yanvarında Azərbaycan Dövlət Neft Şirkəti sərbəst işlədiyi yataqlardan 8 min 480 metr qazıntı işləri aparıb. . Bu barədə Trend ə ARDNŞ-dən məlumat verilib. Bu, həmin dövr üçün müəyyən olunan proqnozlardan 15,7% və ötən ildəkindən 39,4% azdır. Proqnozlara görə, ARDNŞ-in 10 min 65 metr qazacağı ehtimal edilirdi. Ötən ilin analoji dövrünə görə, Dövlət Neft Şirkəti 13 min 982 metr (Bu ildəkindən 5 min 502 metr çox) qazıntı işləri aparıb.

Bu ilki qazıntı işlərinin ümumi həcmindən istismar quyularının payına 8 min 285 metr düşür. Bu proqnozlardan 16,1% və ötən ildəkindən 40,3% azdır. Proqnozlara görə ARDNŞ 9 min 870 metr qazıntı işləri aparmaq niyyətində olub. Ötən ilin analoji dövrünə görə 13 min 884 metr (bu ildəkindən 5 min 599 metr çox) qazıntı işləri görülüb.

Kəşfiyyat qazıntı işlərinin payına 195 metr düşüb ki, bu da proqnozların 100% yerinə yetirilməsindən xəbər verir. Bu göstərici ötən ilin analoji göstəricilərini 99% qabaqlayır. Ötən il kəşfiyyat qazıntı işləri qismində 97 metr qazılıb.

Bu ilin yanvar ayında qazma işlərinin həcminin azalması hava şəraitinin pis olması ilə izah edilir. Belə ki, kəskin hava şəraitində bəzi qurğularda qazma işləri dayandırılıb.

Bu ilin qazma proqramına görə, ARDNŞ 132 min 350 metr qazıntı işləri aparmalıdır. Onlardan istismar qazma işlərinin payına 131 min 100 metr, kəşfiyyat qazma işlərinin payına isə 1 min 250 metr düşür.

Xəbər lenti

Xəbər lenti