...

McDermott Caspian Contractors-un əməkdaşlarının 85% -dən çoxu Azərbaycan vətəndaşlarıdır

Energetika Materials 14 Fevral 2006 16:13 (UTC +04:00)

Fevralın 13-də McDermott Caspian Contractors, Inc. (MCCI) şirkətinin rəhbərliyi ötən ilin noyabrında tətil aksiyaları keçirən fəhlələrlə danışıqların gedişində əldə olunan razılaşmalara uyğun olaraq qəbul edilmiş bir sıra tədbirləri elan edib. Trend in məlumatına görə, bu barədə McDermott Caspian Contractors-un məlumatında bildirilir. Rəhbərlik 2005-ci il dekabrın 1-dən başlayaraq bütün azərbaycanlı fəhlələrin tarif (saathesabı) dərəcələri və əmək haqları 20%, 2006-cı il yanvarın 1-dən isə daha 12% artırıldığını təsdiqləyib.

Bundan əlavə, tətil aksiyaları nəzərə alınmadan, ötən il dekabrın 21-də ABƏŞQ-in AÇG yatağının işlənməsi üzrə "Faza-2" layüihəsinin çərçivəsində "Qərbi Azəri" platformasının Üst Tikililər üzrə layihəsinin uğurla başa çatması ilə əlaqədar 2005-ci il noyabrın 30-dan həmin ttikintidə iştirak edən şirkətin bütün fəhlələrinə orta aylıq əmək haqqı ölçüsündə mükafat ödənilib.

Şirkətin vitse-prezidenti və Xəzər regionu üzrə baş meneceri Den Hauzerin sözlərinə görə, iş yerlərinin artması və artan fəallıq dövrünün azalması ilə müşaiyət olunması layihələrin həyata keçirilməsində ti\pik dövrdür və şirkət 2006-cı ilin əvvəllərindən məhz bu vəziyyətlə qarşılaşmağa başlayıb. "Bizim fəallığın səviyyəsinin aşağı düşməsinin idarə olunmasında əsas vəzifələrimizdən biri mümkün qədər azərbaycanlı fəhlələrin iş yerlərinin saxlanılmasıdır ".

Şirkətin məlumatında bildirildiyi kimi, 2005-ci il noyabrın 6-dan 2006-cı il fevralın 12-nə qədər olan dövrün məlumatlarının müqayisəsi şirkətin azərbaycanlı fəhlələrinin sayının 1999-dan 1979 nəfərə qədər azaldığını göstərir ki, bu da yerli əməkdaşların ümumi sayının təqribən 1% -ni təşkil edir. Həmin dövrdə xarici fəhlələrin sayı 509-dan 375-dək və ya 134 nəfər azalıb ki, bu da onların ümumi sayının 26,3% -ni təşkil edir.

"Biz ümidvarıq ki, bu məlumatlarla tanış olduqda, həm bizim fəhlələr, həm də ictimaiyyət bizim işlərin həcminə müvafiq olaraq heyətin tərkibinin saxlanması üzrə hansı səyləri sərf etdiyimizi daha yaxşı anlayacaqlar ", -deyə Den Hauzer bildirib. "Üst Tikililər layihələrindəki işçi qüvvəsinin tərkibində Azərbaycan vətəndaşlarının sayının faiz etibarı ilə artırılması üçün bir sıra təşəbbüs irəli sürmüş işçi qrupunun fəaliyyəti bizə öz məqsədlərimizə çatmaqda xeyli kömək edib. Hal-hazırda ilməçilər, kran və ağır maşın-mexanizm operatorları, polad-konstruksiya quraşdırıcıları, polad-konstruksiya və boru qaynaqçıları, elektrotexniki xidmət işçiləri arasında xarici ölkə vətəndaşları yoxdur. Ümumilikdə, saathesabı əsaslarla çalışan işçilərimizin 86%-dən çoxunu azərbaycanlı mütəxəssislər təşkil edir".

Xəbər lenti

Xəbər lenti