...

Azərbaycan Rusiya qazının idxalından imtina etmək niyyətində deyil

Energetika Materials 21 Fevral 2006 17:37 (UTC +04:00)

Azərbaycan qarşısına Rusiya qazının idxalından imtina etmək vəzifəsi qoymayıb. Trend bildirir ki, fevralın 21-də Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bu barədə jurnalistlərə bəyan edib. "Belə bir tapşırıq yoxdur, düşünürəm ki, bu, iqtisadiyyat və yanacaq-energetika balansı üçün səmərəsiz olardı. Rusiyadan qaz idxalı hələ yaxın illərədək saxlanılacaq və hər şey Rusiyanın öz qazını bizə hansı qiymətə ixrac edəcəyindən asılı olacaq" -deyə o qeyd edib.

Onun sözlərinə görə, AR DNŞ-in mövcud yataqlarda, xüsusilə "Günəşli"də qaz hasilatının artırılmasına dair ayrıca proqramı vardır. Proqram 5 ilə nəzərdə tutulub və burada hasilatın ildə 2 mlrd. m3-dən 4,5 mlrd. m3-dək artırılmasını nəzərdə tutur.

"Düşünürəm ki, RF-dən nə qaz, nə də elektrik enerjisi idxalını məhdudlaşdırmayacağıq. Bu, nə qədər ki, hər iki tərəfə sərfəlidir davam etdiriləcək" -deyə o qeyd edib.

N.Əliyev bildirib ki, Azərbaycan İran ilə əlavə həcmdə qaz alınmasına dair danışıqlar aparır. "Yaxın vaxtlarda AR DNŞ-in vitse- prezidenti İrana gedəcək, bu məsələ ilə bağlı əlavə danışıqlar aparacaq. Biz respublikaya müxtəlif istiqamətlərdə enerji ehtiyatlarından istifadə etməyə çalışırıq" -deyə o fikrini bitirib.

Xəbər lenti

Xəbər lenti