...

Stavropol diyarı Azərbaycanın Nazirlər Kabinetinə neft emalı zavodunun layihəsini baxılmaq üçün təqdim edib

Energetika Materials 22 Fevral 2006 14:51 (UTC +04:00)

Stavropol diyarının hökuməti Azərbaycan Nazirlər Kabinetinə gücü ildə 3 mlna qədər olan neft emalı zavodunun tikintisi üzrə layihəni təqdim edib. Trend in məlumatına görə, bu barədə Stavropol diyarının qubernatoru Aleksandr Çernoqorov məlumat verib.

Onun sözlərinə görə, Stavropol diyarının yanacağı olan tğələbatı ildə 2 mln. tondan az deyil. "Zavod diyarın bu gün Krasnodar və Volqoqraddan aldığı bu məhsula olan tələbatını təmin etməyə imkan verər", - deyə o bildirib.

O qeyd edib ki, layihə üçün tələb olunan investisiyaların həcmi $200-500 mlndur. "Əgər gücü ildə 500 min ton olan NEZ-dan başlasaq, onda $100 mln. civarında investisiyalar tələb olunacaq", - deyə o göstərib.

A.Çernoqorovun sözlərinə görə, Stavropol diyarının hər min sakininə 200 -dən artıq maşın düşür. "Perspektivdə bu rəqəm 350 maşın təşkil edir ki, bu da bizdən NEZ-nun tikintisinə başlamağı tələb edir", - deyə o bildirib.

Alekandr Çernoqorov qeyd edib ki, NEZ-nun tikintisi üçün investisiyaların cəlb edilməsi zəruridir. Belə ki, diyarın büdcəsi ildə 35 mlrd. rubl təşkil edir.

Xəbər lenti

Xəbər lenti