...

Natiq Əliyev: 2007-ci ildə "Şahdəniz"də qaz hasilatının ikiqat artırılacağı gözlənilir

Energetika Materials 22 Fevral 2006 16:26 (UTC +04:00)

2006-cı ilin yayında TPG-500 qazma qurğusu "Şahdəniz" yatağının qaz və kondensat hasilatı nöqtəsində quraşdırılacaq. Trend in məlumatına görə, bu barədə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bəyan edib.

Onun sözlərinə görə, platformadakı quyulardan dərhal qaz hasilatına başlanılacaq. "2006-cı ildə "Şahdəniz"dən 1 mlrd. kubmetr qaz hasil olunacaqm. Bu həcmdən Azərbaycan 300 mln. kubmetr alacaq", - deyə o bildirib.

Nazir bildirib ki, 2007-ci ildə "Şahdəniz"dən qaz hasilatının 2 dəfə artırılacağı gözlənilir. Layihə üzrə tərəfdaşların artıq Azərbaycandan,

Gürcüstandan və Türkiyədən qaz "alqı-satqısı" üzrə razılaşması mövcuddur.

Xəbər lenti

Xəbər lenti