...

AR DNŞ prezidenti McDermott Caspian şirkətinin iki əməkdaşının işdən çıxarılmasını tələb edib

Energetika Materials 24 Fevral 2006 17:41 (UTC +04:00)

''MakDermott'' şirkəti rəhbərliyinin razılığı ilə burada çalışan azərbaycanlı əməkdaşların Xocalı faciəsini əks etdirən fotoşəkilləri divardan asmaları bu şirkətin sahə rəisi (layihənin super internantı) Ed Stenki və onun köməkçisi Riçard Deyvis tərəfindən əks-reaksiya ilə qarşılanmış və onlar əvvəlcədən əldə olunmuş razılığa məhəl qoymadan anım məqsədi daşıyan plakat və şəkilləri qoparıb cırmışlar. Trend in xəbər verdiyi kimi, bu barədə AR DNŞ-in rəsmi saytında deyilir.

Bu hadisə şirkətin azərbaycanlı işçilərinin narazılığına səbəb olmuş və onlar etiraz əlaməti olaraq, həmin şəxslər haqda ölçü götürülməsi tələbi ilə işi dayandırmışlar. Məlumatı alan ARDNŞ prezidenti cənab Rövnəq Abdullayev dərhal işə qarışaraq, Azərbaycan xalqının faciəsinə hörmətsizlik göstərmiş hər iki xarici mütəxəssisin operativ surətdə işdən azad edilməsini ''MakDermott'' şirkəti rəhbərliyindən tələb etmişdir. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu ərazisində fəaliyyət göstərən ''Mak Dermott'' şirkətinin rəhbərliyi ARDNŞ prezidentinin tələbinə əməl edərək, baş vermiş insidentdən təəssüfləndiyini bildirmiş və adı çəkilən əməkdaşlar haqda dərhal müvafiq tədbirlər görüləcəyini vəd etmişdir. Aldığımız məlumata əsasən, artıq Ed Stenki və Riçard Deyvis işdən azad olunmuşlar və onlar birinci mümkün təyyarə reysi ilə öz ölkələrinə göndəriləcəklər. Hazırda ''Mak Dermott''da çalışan azərbaycanlılar da öz işlərini davam etdirirlər.

Xəbər lenti

Xəbər lenti