...

"Azərenerj"i SC Naxçıvan Muxtar Respublikasında yeni su elektrik stansiyası tikmək niyyətindədir

Energetika Materials 27 Fevral 2006 17:29 (UTC +04:00)

"Azərenerji" SC Naxçıvan Muxtar Respublikasının (NMR) Ordubad rayonunun Araz çayında yeni su elektrik stansiyası tikmək niyyətindədir. Bu elektrik stansiyasının gücü 36 MVt təşkil edəcək. Bu barədə Trend ə "Azərenerj"i SC-nin vitse-prezidenti Marlen Əsgərov məlumat verib.

Onun sözlərinə görə, artıq Azərbaycan Arazın sərhəd çayı olmasını nəzərə alaraq razılığın alınmasının vacib olduğu İran tərəfinə müraciət edib. "İran energetiklərinə bu layihənin texniki-iqtisadi əsaslandırılması təqdim olunub. Hazırda layihələşdirmə üzrə işlərə başlamaq üçün İran tərəfinin razılığı gözlənilir", - deyə o qeyd edib.

M.Əsgərovun bildirdiyi kimi, yaxın vaxtlarda İran tərəfi ilə görüşün keçiriləcəyi gözlənilir. "Layihənin dəyəri bütün layihə sənədlərinin hazırlanmasından sonra dəqiqləşdiriləcək" - deyə o sonda əlavə edib.

Xəbər lenti

Xəbər lenti