...

ARDNŞ bir neçə aydan sonra Bakı-Novorossiysklə neft ixracını artıracaq

Energetika Materials 15 Mart 2006 16:05 (UTC +04:00)

2006-cı ilin mayından dekabrına kimi (dekabr ayı da daxil olmaqla) Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Novorossiysk limanından 1,76 mln. ton Urals sortundan olan neft satmaq niyyətindədir. ARDNŞ-dən Trend ə verilən məlumata görə, şirkət 2006-cı ildə Rusiya limanından 2005-ci ildəki 1,631 mln. tona qarşı 2,011 mln. ton Urals nefti yola salmağı planlaşdırır.

2006-cı ilin yanvar -fevral aylarında ARDNŞ Novorossiyskdən 85 min ton neft, mart ayında isə 85 min ton həcmində neft patriyasını Glencore Energy trederinə satıb. "Apreldə biz Novorossiyskdən 80 min ton neft satmaq niyyətindəyik", - deyə ARDNŞ-dən bildirilib.

"Bakı-Tbilis-Ceyhan (BTC) boru kəməri istismara verilənə kimi biz Novorossiyskdən ayda 80-85 min ton neft satmaq niyyətindəyik. BTC-nın işə salınmasından sonra "şimal" marşrutu tamamilə bizim ixtiyarımızda olacaq", - deyə ARDNŞ-dən bildiriblər. BTC-nın mayın sonları iyunun əvvəllərində istismara veriləcəyi gözlənilir.

Hazırda Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) "Azəri-Çıraq-Günəşli" yatağından çıxardığı nefti Bakı-Novorossiysk, Bakı-Supsa boru kəmərləri və Gürcüstanın Batumi limanına kimi dəmiryolu ilə nəql edir. BTC-nın istismara başlaması və ABƏŞ-in Azeri Light gəlirli neftini bu kəmərlə nəql etməyə başlaması ilə ABƏŞ-in öz neftinin yalnız ixracını Bakı-Supsa ilə həyata keçiricəyi ehtimal edilir.

Xəbər lenti

Xəbər lenti