...

Avropa bankının nümayəndəsi Bakıda AzDRES üçün kredit ayrılması məsələsini müzakirə edib

Energetika Materials 29 Mart 2006 12:18 (UTC +04:00)

2005-ci ildə Azərbaycan iqtisadiyyatına bütün mənbələr hesabına 6,3 mlrd. AZN. məbləğində sərmayə qoyulub. Bu, ötən ilki həcmdən 12,7% çoxdur. Trend İqtisadi İnkişaf Nazirliyinin yaydığı məlumata əsasən bildirir ki, nazir Heydər Babayev AYİB-in energetika və kommunal xidmətlər departamentinin direktoru Antoni Marşla görüşündə bu barədə bəyan edib.

O, qeyd edib ki, adambaşına düşən investisiyanın həcminə görə, Azərbaycan MDB və Şərqi Avropa ölkələri arasında qabaqcıl yerlərdən birini tutur. BMT-nin ticarət və inkişaf konfransının (UNCTAD) qiymətləndirməsinə görə, Azərbaycan 2005-ci ildə investisiyaların cəlb edilməsi üzrə birinci yeri tutan ölkə kimi tanınıb. Həmçinin Avropa bankının prezidenti Jan Lemyerin Azərbaycana səfər proqramı müzakirə edilib.

İİN başçısının AYİb nümayəndəsi ilə görüşündə AzDRES-in yenidən qurulmasına kredit ayrılması layihəsi müzakirə olunub. Bu layihənin dəyəri $150 mln. təşkil edir. Bu kreditlə bağlı şərtləri bank artıq ölkə hökumətinə təqdim edib.

Bundan öncə, PA Consulting şirkəti bu layihənin texnitki-iqtisadi əsaslandırmasını (TİƏ) hazıralyıb. Bu ilin fevralında SC öz xüsusi vəsaitləri hesabına Sankt-Peterburqun "Silovıe maşinı" zavodunun mütəxəssisləri ilə birgə həmin stansiyada beşinci enerji blokunun yenidən qurulmasını həyata keçirib. Onun gücü 100-130 MVt-dan 330 MVt-dək artırılıb. Bununla da yanacağa tələbat xeyli azalıb. Hazırda stansiyanın qalan bütün enerji blokları köhnə avadanlığa görə öz gücünün yarısından da az işləyir və bunun üçün də yenidənqurma işləri vacibdir.

Xəbər lenti

Xəbər lenti