...

ARDNŞ yanvar-mart aylarında Novorossiyskdən 230 min tona qədər neft satıb

Energetika Materials 4 Aprel 2006 12:53 (UTC +04:00)

Yanvar-mart aylarında Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Novorossiysk limanından 228,8 min ton Ural növlü neft yükləyib. Bu barədə Trend ə ARDNŞ-dən məlumat verilib. ARDNŞ-in məlumatına görə, 2005-ci ilin martında 358,1 min tona qarşı 2006-cı ilin martında Novorossiyskdən 144,2 min ton neft yüklənib.

ARDNŞ-dən qeyd olunub ki, 2006-cı ilin yanvar-mart ayları ərzində "Şimal" marşrutu üzrə 1,157 mln ton neft nəql olunub. Bunun 162,4 min tonu ARDNŞ-in, 995,3 min tonu isə ABƏŞ-in payına düşüb. Mart ayında 399,4 min ton neft nəql olunub - ARDNŞ - 60,4 min ton, ABƏŞ - 338,9 min ton neft nəql edib.

Bakı-Tiflis-Ceyhan boru kəməri ilə 1 ton neftin nəqli qiyməti $15,67 təşkil edir. Şirkətdən bildirilib ki, mart ayında bir barel Ural neftinin qiyməti $58,11 olub.

Xəbər lenti

Xəbər lenti