...

Qazaxıstanın enerji və təbii sərvətlər naziri və xarici işlər nazirinin müavini Bakıya gələcəklər

Energetika Materials 19 Aprel 2006 15:11 (UTC +04:00)

Qazaxıstanın xarici işlər nazirinin müavini Qeyrət Əbdülrrəhmanov mayın 3-də Azərbaycana gələcək. Bu barədə Trend ə Qazaxıstanın Azərbaycandakı səfirliyinin müşaviri Yerjan Mukaş bildirib.

Y.Mukaş vurğulayıb ki, Qazaxıstan xarici işlər nazirinin müavini azərbaycanlı həmkarları ilə görüşlər keçirəcək və Azərbaycanın xarici işlər naziri ilə danışıqlar aparacaq. Səfirliyin rəsmisi onu da vurğulayıb ki, Bakıda aprelin 29-da Azərbaycan və Qazaxıstan hökumətlərarası komissiyalarının iclası keçiriləcək. İclasda Qazaxıstannın enerji və təbii sərvətlər naziri Vaxtioca İzməhəmmədov iştirak edəcək. Qazaxıstanlı nazir aprelin 28-də Bakıya gələcək.

Səfirliyin rəsmisi onu da qeyd edib ki, Qazaxıstan naziri Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyasının rəhbəri, baş nazirin müavini Abbas Abbasovla görüşəcək.

Xəbər lenti

Xəbər lenti