Maya qədər "Azeriqaz" SC qaz anbarlarında quyuların sayını artıracaq. SC-dən Trend agentliyinə verilən məlumata əsasən, 6 yeni quyu qazılacaq. Hazırda avadanlıq alınır.
Aprelin 15-də "Azeriqaz" qaz anbarlarına qaz vurmağa başlayıb, lakin quyuların sayının artırılmasından sonra bu prosses xeyli dərəcədə intensivləşəcək. Ehtimallara görə, bu il qaz anbarlarına 1,030 mlrd. m3 qaz vurulacaq.
2005-ci ildə qaz anbarlarına rekord həcmdə, yəni 1,025 mlrd m3 qaz vurulacaq ki, bu da 2006-2007-cı qış mövsümündə əhalinin qazla problemsiz təminatına imkan verəcək. 2004-cü ildə SC təxminən 846 mln.m3 qaz alıb.
Bu gün Azərbaycanda iki çən - Qaradağ və Kalmaz qaz anbarları var. Onların ümumi tutumu 1,1 mlrd.m3 qaza bərabərdir. Genişləndirmədən sonra Qaradağ anbarının tutumu 2,2 mlrd. m3-ə, Kalmazs anbarının isə - 1,2 mlrd. m3-ə çatdırılacaq. Hazırda genişləndirmə layihəsinin maliyyələşdirilməsi haqqında danışıqlar gedir. Dünya Bankı bu məsələyə maraq göstərir. Layihənin ilkin dəyəri 120 mln. dollardır. Vəsaitin bir hissəsi Azərbaycan tərəfindən təqdim oluna bilər.