2006-cı ilin aprelində "Azərenerji" SC 2 mlrd. kVt-dan artıq enerji istehsal edib ki, bu da 2005-ci ilin aprel ayı ilə müqayisədə 8,6% çoxdur. Trend in xəbər verdiyi kimi, bu barədə SC-nin mətbuat xidmətinin məlumatında deyilir.
Apreldə istehsal olunmuş elektrik enerjisinin ümumi həcminin 1,7 mlrd kVt-ı İstilik Elektrik Stansiyalarının, 0,3 mlrd kVt-ı isə Su Elektrik Stansiyalarının payına düşür.
Apreldə Rusiyadan 42,545 mln. kVt, İrandan - 46,9 mln. kVt, Türkiyədən - 25,817 mln. kVt elektrik enerjisi alınıb.