2006-cı ildə Azərbaycanın yanacaq-energetika balansı "Azəriqaz" SC-yə 6,521 mlrd. kubmetr qaz satmağa imkan verəcək. Trend in verdiyi məlumata görə, bu barədə QSC-in rəhbəri Əlixan Məlikov bildirib. 2005-ci ildə bu göstərici 4,174 mlrd. kubmetr, 2004-cü ildə 4,963 mlrd. kubmetr olub.
Alınan qazın ümumi həcmindən əhaliyə 3,140 mlrd. kubmetr qaz veriləcək. 2005-ci ildə bu göstərici 3,012 mlrd. kubmetrə, 2004-cü ildə isə 2,658 mlrd. kubmetrə bərabər olub.
Ə.Məlikovun sözlərinə görə, 2006-cı ilin 1-ci rübündə respublikanın qaz sisteminə 22,5 min abunəçi qoşulub. 2005-ci ildə bu göstərici 59,2 min nəfər təşkil edib.