...

ARDNŞ 9 əlavə quyu qazacaq

Energetika Materials 19 May 2006 15:40 (UTC +04:00)

ARDNŞ Abşeron yarımadasının cənub-qərbində yerləşən "8 Mart" yatağında quyunun qazılması işlərini başa vurub və istismara verib. Trend in xəbər verdiyi kimi, bu barədə ARDNŞ-in məlumatında deyilir.

Quyu "Azneft" İstehsalat Birliyinin "N.Nərimanov adına" NQÇİ tərəfindən mənimsənilib və istismara verilib. Məhsuldar qatın VII horizontuna qazılan quyunun dərinliyi 2757 metrdir. İstismar obyekti 5555 metr dərinliyində olan quyudan sutka ərzində 50-60 ton neft və 50 min kubmetr həcmində qaz hasil edilir. Bir sıra geoloji-texniki tədbirlərdən sonra quyunun debiti arta bilər.

''8 Mart'' yatağı 1984-cü ildə, 566 saylı quyu ilə açılıb. Bu günə qədər həmin quyunun sutkalıq hasilatı 40 ton neft və 20 min kubmetr qaz təşkil edir. Mütəxəssislər burada daha 9 quyunun qazma nöqtəsini müəyyənləşdirib.

Xəbər lenti

Xəbər lenti