...

Azərbaycan sənayesinin inkişaf Proqramı iki əsas istiqamətdə hazırlanır

Energetika Materials 14 İyun 2006 13:48 (UTC +04:00)

Azərbaycan sənayesinin inkişaf Proqramı iki əsas istiqamətdə hazırlanır.

Proqramın birinci hissəsinə respublikanın sənaye-iqtisadi zonalar üzrə ayrılması daxildir. Bu barədə Trend ə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev məlumat verib. Bu zonaların xammal və ehtiyatları bazasında həmin regionlarda sənayenin inkişafı üçün daha əlverişli sahələrin müəyyən edilməsi nəzərdə tutulur", - deyə nazir qeyd edib.

Proqramın hazırlanması üzrə ikinci istiqamət respublika üçün ənənəvi olan sənaye istehsal növlərinin inkişaf etdirilməsidir. Bura metallurgiya, alüminium, kimya, neft kimyası, yüngül sənaye daxildir. Bu proqramlar mərhələ-mərhələ hazırlanaraq ölkə prezidentinə təqdim olunacaq. Təsdiq olunduqdan sonra həmin proqramlar üzərində konkret işlərə başlanacaq.

Xəbər lenti

Xəbər lenti