...

Türkiyədə Bakı-Tbilisi-Ceyhan kəmərindən neft oğurlayan 3 nəfər saxlanılıb

Energetika Materials 20 İyun 2006 19:27 (UTC +04:00)

İyunun 20-də Türkiyədə Bakı-Tbilisi-Ceyhan boru kəmərindən neft oğurlayan 3 nəfər saxlanılıb. Trend agentliyinin Türkiyə KİV-inə istinadən yaydığı məlumata əsasən, saxlanma Kahramanmaraş əyalətinin Geksun rayonunda olub.

Hər 3 nəfər kəmərdə dəlik açdıqları zaman jandarmalar tərəfindən yaxalanıb. Lazımi saxlama prosedurlarından sonra yaxalanmış şəxslər təhqiqat üçün prokurorluğa göndərilib.

Xəbər lenti

Xəbər lenti