...

Dövlət Neft Şirkəti NEZ- in kataliz riforminqi üzrə qurğusundakı problemləri aradan qaldırıb

Energetika Materials 1 İyul 2006 12:58 (UTC +04:00)

Bakının Heydər Əliyev adına NEZ (keçmiş "Azərneftyanacaq") yüksək oktanlı benzinin tərkib hissələrini istehsal edən kataliz riforminq qurğusundakı bütün problemləri aradan qaldırıb. Bu barədə Trend ə ARDNŞ-dən xəbər veriblər. Qurğunun iyulun 3-4-də işə salınması nəzərdə tutulur. Bu qurğunun emal gücü ildə 1 milyon ton təşkil edir.

Qurğudakı işlər avtomobil benzininin Gürcüstana ixracının xeyli azalmasına səbəb oldu. Azərbaycanın daxili bazarı üçün yanacaq tədarükü əvvəlki səviyyədə qalıb.

ARDNŞ-də qeyd ediblər ki, riforminq prosesinin dayandırılması Gürcüstanda yanacağın qiymətinə təsir göstərib. "Biz keçirilmiş tenderdə benzinin qiymətinin artdığını hiss etdik", - deyə ARDNŞ-dən bildiriblər.

May ayında 120 min ton L-62 markalı dizel yanacağının, 163 min ton A-92 markalı avtomobil benzininin və 25 min ton TS-1 markalı aviasiya ağ neftinin bu ilin ikinci yarısı üzrə satışı üçün elan olunmuş tender bağlanıb. Dizel yanacağı və avtomobil benzinini Gürcüstanın daxili bazarında satış üçün Gürcüstanın Saknaftobtransi dövlət şirkəti aldı. Aviasiya ağ nefti isə Air BP Georgia LLC şirkəti tərəfindən Tbilisi aeroportunun təchiz edilməsi üçün alınıb.

Xəbər lenti

Xəbər lenti