...

İyul ayında AzİES üçün AYİB krediti üzrə saziş imzalanacaq

Energetika Materials 6 İyul 2006 18:01 (UTC +04:00)

Bu ayın sonunda Mingəçevirdəki Azərbaycan İES-in yenidənqurulma layihəsinin Avropa Yenidənqurma və İnkişaf Bankının vəsaitləri ilə maliyyələşdirilməsi üzrə kredit sazişinin imzalanacağı gözlənilir. Trend in verdiyi xəbərə görə, bu barədə bu gün AYİB-in Azərbaycandakı başçısı Reymond Konvey bildirib.

Kredit AYİB-in enerji məsələləri üzrə biznes qrupunun direktoru Peter Rayniqer (Peter Reineger) tərəfindən imzalanacaq. Kreditin nəzərdə tutulmuş məbləği 115 milyon avrodur. Kredit Libor+1% faiz dərəcəsi ilə 15 il müddətinə veriləcək. Konveyin qeyd etdiyi kimi, bank, əvvəlki kimi, 2010-cu ilə qədər elektrik enerjisinin tariflərinin maya dəyərinə qədər çatdırılmasını istəyir.

80-ci illərdə tikilmiş AzİES Azərbaycanda ən böyük elektrik stansiyasıdır. O, hər biri 300 MVt gücə malik 8 enerji blokundan ibarətdir, lakin avadanlıqlar köhnəldiyinə görə stansiyanın istehsalat gücü aşağı düşüb. Bu il "Azərenerji" Rusiyanın "Qüvvət maşınları" şirkəti ilə birgə beşinci enerji blokunu yenidən qurub və bu blokdakı istehsalat gücünün 330-340 MVt-a çatmasına səbəb olub.

Elektrik stansiyasının yenidənqurulma layihəsinə yeddi enerji blokunun, suburaxıcı sistemin və tüstü borusunun təkmilləşdirilməsi daxildir. Əvvəllər də AYİB-lə danışıqlar aparılırdı, lakin kreditin verilmə şərtləri Azərbaycanı qane etmirdi. Lakin Avropa bankının prezidenti Jan Lemyerin Azərbaycana səfərindən sonra bank öz şərtlərini geri götürdü və kredit üzrə danışıqlar davam etdirildi.

Xəbər lenti

Xəbər lenti