...

Xaçmaz və Şəkidə modul elektrik stansiyalarının inşası vaxtında başa çatdırılacaq

Energetika Materials 13 İyul 2006 15:20 (UTC +04:00)

Hazırda Xaçmaz modul elektrik stansiyasının tikintisilə bağlı maşin zallarının soyutma sisteminin montajı başa çatdırılıb və metal konstruksiyaların quraşdırılması həyata keçirilir. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, "Azərenerji" SC-dən xəbər veriblər.

Yaxın günlərdə Xaçmazda tikilmiş yarımstansiyada 125 MVA -lıq 5 transformatorun quraşdırılması başlanacaq, avqustun birinci günlərində isə generatorlar gətiriləcək.

Hazırda Şəki modul elektrik stansiyası üçün Finlyandiyadan generatorlar gətirlib. İyulun sonuna qədər bütün sınaq əməliyyatları yerinə yetiriləcək. 110 kV-lıq yarımstansiyanın tikintisi artıq başa çatıb və qazın elektrik stansiyasına verilməsi üçün kəmərin inşası istiqamətində iş gedir.

Xəbər lenti

Xəbər lenti