...

Azərbaycan neftinin qiyməti aşağı düşüb

Energetika Materials 25 İyul 2006 13:44 (UTC +04:00)

İyulun 24-də bir barel AZERI LT FOB Ceyhan neftinin qiyməti $71,79 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,91 aşağı düşüb). Neft Ceyhan limanına Bakı-Tbilisi- Ceyhan (BTC) boru kəməri ilə çatdırılır.

Trend in xəbər verdiyi kimi, iyulun 24-də bir barel AZERI LT CIF Augusta neftinin qiyməti $73,01 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,90 aşağı düşüb). Azeri Light neftinin sıxlığı API üzrə 34,6 dərəcə, kükürdün həcmi isə 0,14% təşkil edir.

İyulun 24-də bir barel URAL (EX-NOIO) neftinin qiyməti $66,73 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,52 aşağı düşüb). URAL neftinin sıxlığı API üzrə 30,4-31,85 dərəcə, kükürdün həcmi isə 1,8%-ə qədərdir.

İyulun 24-də bir barel DTD neftinin qiyməti $72,10 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,86 aşağı düşüb). DTD neftinin sıxlığı API üzrə 38,3 dərəcə, kükürdün həcmi isə 0,36% təşkil edir.

"Azəri-Çıraq-Günəşli" yatağından hasil edilən Azeri Light növlü neftin "qərb" boru kəməri ilə dünya bazarlarına ixracına 1999-cu ildə Gürcüstanın Supsa limanından başlanıb.

Xəbər lenti

Xəbər lenti