...

Avqustda Azərbaycan Novorossiyskdən 420 min tondan çox neft yükləyəcək

Energetika Materials 28 İyul 2006 12:50 (UTC +04:00)

Avqustda Azərbaycan Novorossiysk limanından 425 min ton Ural növlü neft yükləməyi planlaşdırır. Novorossiysk limanına yaxın mənbələrin Trend ə verdiyi məlumata görə, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) iki tankerlə 156 min ton neft, ARDNŞ isə 3 tankerlə 269 min ton xammal göndərəcək.

Avqustda ABƏŞ Novorossiysk limanının N2 körpüsündən hər birində 78 min ton neft olan iki partiya göndərəcək. ARDNŞ N1 körpüsündən 131 min ton neft, N2 körpüsündən isə 60 min ton və 78 min ton neftən ibarət 2 partiya yola salacaq.

Mənbələr qeyd edir ki, ABƏŞ Novorossiyskin N2 körpüsündən 78 min tonluq 1-ci partiyanı avqustun 12-13-də, 2-ci analoji partiyanı - avqustun 18-19-da göndərəcək. ARDNŞ avqustun 28-29-da N1 körpüsündən 131 min ton, avqustun 2-3-də N2 körpüsündən 60 min ton, avqustun 30-31-də isə 78 min ton xammal satacaq.

Novorossiysk limanı bəyan edib ki, avqustun 26-27-də N1 körpüsü 140 min tonluq partiyanın yüklənməsi üçün açıqdır. Avqustda Novorossiyskdən 4,034 mln ton neftin yüklənməsi proqnozlaşdırılır.

Xəbər lenti

Xəbər lenti