...

"Kürovdağ" yatağının işlənilməsi haqqında müqavilə üzrə işçi qrupu yaradılıb

Energetika Materials 28 İyul 2006 17:05 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Shirvan Oil BM-in əsas fondlarından istifadə hüquqlarını Shirvanoil əməliyyat şirkətinə verilməsilə məşğul olacaq işçi qrupu yaradılıb. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, ARDNŞ-dən bildiriblər.

Bu işçi qrupu ARDNŞi, ''Caspian Energy Qrup Limited'' və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında imzalanmış Kürovdağ neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında' saziş çərçivəsində bütün işləri görəcək.

Müqaviləyə əsasən, ARDNŞ və Caspian Energy Group-nun hər birinin müəssisədəki iştirak payı 50%-dir. Ehtimal olunan investisiyaların həcmi 200-300 mln. dollar təşkil edir.

2005-ci ilin sonuna qədər Shirvanoil "Kürovdağ"ın işlənilməsinə 40 mln. dollar investisiya yatırıb.

"Kürovdağ" yatağı 1929-cu ildə açılıb, onun işlənilməsinə isə 1955-ci ildə başlanıb. Bu gün 36 mln tondan çox neft hasil olunub. Shirvan Oil BM-nin payına ( 1997-ci ildən) 1,6 mln. tondan çox neft düşüb.

Xəbər lenti

Xəbər lenti