...

"Qazeksport" Azərbaycana qaz tədarükünü bərpa edib

Energetika Materials 28 İyul 2006 19:00 (UTC +04:00)

"Makat - Şimali Qafqaz" və "Mozdok - Qazıməmməd" magistral qaz kəmərlərində profilaktik və təmir işləri kompleksi başa çatdırılıb. Bu gün Rusiya qazının Azərbaycana verilməsi bərpa olunub. Bu barədə Trend ə ARDNŞ-dən xəbər veriblər. Hazırda qaz gündə 10,7 mln. kub metr həcmində verilir.

Dağıstan ərazisindəki işlər "Kaspiyqazprom" tərəfindən görülüb. Azərbaycandan başqa, Dağıstanın bir sıra rayon və şəhərlərinə də qaz tədarükü dayandırılıb.

Yanvar-iyun aylarında "Qazeksport" Azərbaycana 2 mlrd. 325,6 mln. kub. metr qaz nəql edib, halbuki ötən ilin birinci yarım ilində bu rəqəm 2,6 mlrd. kub metr idi.

Cari il ARDNŞ "Qazeksport"dan 1 min kub metrə görə $110 qiymətilə təxminən 4,5 mlrd. kub. metr qaz almaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti