...

"Azəri"də daha bir quyu qazılıb

Energetika Materials 1 Avqust 2006 15:51 (UTC +04:00)

"Azəri-Çıraq-Günəşli" yataqlarının işlənilməsi layihəsinin operatoru olan BP Azerbaijan ikinci quyunun "Mərkəzi Azəri" səyyar platformasından aparılan qazıntısını başa çatdırıb. Bu barədə Trend ə şirkətdən bildiriblər. Hasilat quyusunun dərinliyi 4800 metrdir.

İki həftə ərzində işlər tamamlanacaq və quyunun debiti müəyyənləşdiriləcək. Bu işlər başa çatdıqdan sonra platformadan aparılan qazma davam etdiriləcək.

İlin birinci yarısında BP şirkəti "Çıraq", "Mərkəzi Azəri" və "Qərbi Azəri" platformalarından orta hesabla gündə təxminən 411 min barel neft hasil edib. 2006-cı ilə olan proqnozlar elə nəticə çıxarmağa əsas verir ki, il boyu şirkət orta hesabla gündə təxminən 448 min barel neft hasil edə biləcək. 141 min barel "Çıraq", 226 min barel - "Mərkəzi Azəri" və 81 min barel - "Qərbi Azəri"nin payına düşəcək.

Xəbər lenti

Xəbər lenti