...

Qaz anbarlarına qazın vurulması noyabrda başa çatacaq

Energetika Materials 2 Avqust 2006 18:48 (UTC +04:00)

"Azəriqaz" SC yeraltı qaz anbarlarına təxminən 680 mln. kub metr qaz vurub. Bu barədə Trend ə "Azəriqaz" SC sədrinin birinci müavini Nazim Səmədzadə bildirib. Onun sözlərinə görə, qazın vurulması noyabrda başa çatacaq. Bu qaz 2006-2007-ci ilin payız-qış mövsümlərində istifadə üçün nəzərdə tutulub.

"Azəriqaz" qazın vurulmasını aprelin 15-dən başlayıb. Ehtimallara görə, bu il anbarlara 1 mlrd. 30 mln. kub metr qaz vurulacaq.

2005-ci ildə yeraltı anbarlara rekodr həcmdə - 1 mlrd. 025 mln. kub metr qaz vurulmuşdu və əhali qaz təminatı məsələsində praktiki olaraq problemlə qarşılaşmamışdı. 2004-cü ildə SC təxminən 846 mln. kub metr qaz almışdı.

Bu gün Azərbaycanda Qaradağ və Kalmaz qaz anbarlarındakı çənlərdən istifadə olunur. Bu çənlərin məcmu tutumu 1 mlrd-1,1mlrd. kub metr qaz təşkil edir. Ehtimallara görə, genişləndirmə üzrə işlərin görülməsi nəticəsində Qaradağ anbarının tutumu 2-2,2 mlrd. kub metrə, Kalmaz anbarının tutumu isə 1-1,2 mlrd. kub metrə çatdırılıb. Hazırda maliyyələşdirmə ilə bağlı danışıqlar aparılır. Dünya Bankı bu layihənin maliyyələşdirilməsinə maraq göstərir.

Qaz anbarlarının tutumunun artırılması Azərbaycanda hasilat həcmi artan qazın qəbulu və saxlanılması üçün nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti