...

İqtisadi inkişaf naziri "Bakıelektrikşəbəkə" və "Sumqayıtelektrikşəbəkə"nin yeni rəhbərlərini təqdim edib

Energetika Materials 14 Avqust 2006 12:37 (UTC +04:00)

İqtisadi inkişaf naziri Heydər Babayevin sərəncamı ilə Fəxri Məmmədov "Sumqayıtelektrikşəbəkə" ASC-nin idarə heyətinin sədri təyin olunub. İqtisadi İnkişaf Nazirliyində keçirilən brifinqdə Heydər Babayev Bakı və Sumqayıt elektrik şəbəkələrinin yeni rəhbərlərini təqdim edib. "Bakıelektrikşəbəkə" ASC-nin idarə heyətinin sədri Baba Rzayev avqustun 10-da təyin olunub.

Bu tədbirlər Azərbaycan prezidenti İlham Əliyevin "Bakıelektrikşəbəkə" və "Sumqayıtelektrikşəbəkə" ASC-nin fəaliyyətinin səmərəliliyinin artırılmasının təmin edilməsi üzrə tədbirlər haqqında sərəncamına əsasən həyata keçirilir.

H.Babayevin bildirdiyi kimi, yeni rəhbərlərin təyin edilməsinə baxmayaraq, elektrik şəbəkələrinin aktivlərinin idarəsinə görə, həmçinin şəhərlərin enerji təminatına görə məsuliyyəti hələ Barmek Azerbaijan şirkəti daşıyır. Təhvil-təslim proseduru başa çatmayanadək və müvafiq protokol imzalanmayanadək, belə davam edəcək. Sonra isə idarə şəbəkələrin yeni idarə heyətlərinə keçəcək.

"Bununla yanaşı, sabotaj xarakterli fəaliyyətin olması ehtimalı haqqında məlumatlar var. Məsələn, elektriki kəsməklə günahı elektrik şəbəkələrinin yeni rəhbərliyinin üzərinə atmaq olar", - deyə nazir bildirib.

Onun sözlərinə görə, elektrik şəbəkələrinin yeni başçıları öhdəliklərin icrasına başlayıblar və qeyd ediblər ki, təşkilati tədbirlər sıfırdan başlayır, çünki elektrik şəbəkələri Barmek Holding şirkətinin idarəsinə verildikdən sonra onların aktivləri yaradılmış Barmek Azerbaijan şirkətinin balansına keçirilib. Bununla əlaqədar, təşkilati işlər hələ bir ay uzanacaq.

Nazir əminliklə bildirib ki , elektrik şəbəkələrinin işinin səmərəliliyi təm in olunacaq və elektrik enerjisinə görə pul yığımının həcmi artacaq. Barmek isə idarə etdiyi beş il ərzində keyfiyyətli iş səviyyəsini təmin edə bilməyib.

Xəbər lenti

Xəbər lenti