...

Yanvar-iyul aylarında Middle East Petroleum Azərbaycan ərazisindən 2 mln. tondan çox neft yükü nəql edib

Energetika Materials 17 Avqust 2006 15:12 (UTC +04:00)

Yanvar-iyul aylarında Azərbaycan ərazisindən nəql edilən Qazaxıstan və Türkmənistan neft və neft məhsullarının həcmi 2,2 mln. tonu keçib. Trend in "Novekon"- a istinadən xəbər verdiyi kimi, bu barədə Middle East Petroleum (MEP) bildirib.

Göstərilən dövr ərzində MEP-in idarə etdiyi Dübənd terminalında və Cross Caspian şirkətindən icarəyə götürülən Bakı terminalında 2,147 mln. ton karbohidrogen qəbul olunub. Bunlardan 1,357 mln. ton Qazaxıstan neftinin, 789,375 min ton isə Türkmənistanın neft və neft məhsullarının payına düşüb. 2006-cı ilin yanvar-iyul aylarında terminallardan 2,098 mln. ton neft və neft məhsulları yüklənib. Bunlardan 1 mln. 322,247 min tonu Qazaxıstan neftinin, 775,976 min ton isə Türkmənistanın neft və neft məhsullarının payına düşüb.

Middle East Azərbaycanın Azərsun Holding şirkətinin tərkibindədir və Qazaxıstan və Türkmənistandan neft və neft məhsullarının nəqli ilə məşğul olur.

Xəbər lenti

Xəbər lenti