...

"Qazprom" ASC Azərbaycana qaz ixracını bir neçə günlüyə dayandıra bilər

Energetika Materials 18 Avqust 2006 15:15 (UTC +04:00)

"Kaspiqazprom" şirkətinin mətbuat xidməti bildirib ki, "Makat - Şimali Qafqaz", "Mozdok - Qazıməmməd" (Azərbaycana ixrac) və "Kumli - Aksay" magitral qaz kəməri qollarında profilaktik işlər çərçivəsində avqustun 22-24-də təbii qazın fasilələrlə verilməsi mümkündür. Bu barədə Trend RİA-Daqestan-a istinadən xəbər verir.

110 dollara 1 min m3 yanacağın alıcısı kimi çıxış edən ARDNŞ-dən Trend ə verilən məlumata görə, qaz tədarükçü şirkəti həmin dövrdə tədarükün dayandırılması barədə hələ xəbərdar etməyib.

2005-ci ilin yanvar-iyul aylarına olan 2,95 mlrd.m3-ə qarşı "Qazeksport" ("Qazprom" ASC-nin törəmə strukturu) bu ilin analoji dövründə Azərbaycana 2,67 mlrd.m3 qaz tədarük edib.

İyun ayına olan 350,6 mln m3-ə qarşı iyulda 311,7 mln.m3 qaz tədarük olunub. Cari ildə ARDNŞ "Qazeksport"dan 4,5 mlrd m3 qaz almağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti