...

Azərbaycan neftinin qiyməti artıb

Energetika Materials 21 Avqust 2006 13:19 (UTC +04:00)

Avqustun 18-də bir barel AZERI LT FOB Ceyhan neftinin qiyməti $70,76 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,36 artıb). Neft Ceyhan limanına Bakı-Tiflis- Ceyhan (BTC) boru kəməri ilə çatdırılır.

Trend in xəbər verdiyi kimi, avqustun 18-də bir barel AZERI LT CIF Augusta neftinin qiyməti $72,19 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,46 artıb). Azeri Light neftinin sıxlığı API üzrə 34,6 dərəcə, kükürdün həcmi isə 0,14% təşkil edir.

Avqustun 18-də bir barel URAL (EX-NOIO) neftinin qiyməti $65,67 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,61 artıb). URAL neftinin sıxlığı API üzrə 30,4-31,85 dərəcə, kükürdün həcmi isə 1,8%-ə qədərdir.

Avqustun 18-də bir barel DTD neftinin qiyməti $71,15 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,71 artıb). DTD neftinin sıxlığı API üzrə 38,3 dərəcə, kükürdün həcmi isə 0,36% təşkil edir.

"Azəri-Çıraq-Günəşli" yatağından hasil edilən Azeri Light növlü neftin "qərb" boru kəməri ilə dünya bazarlarına ixracına 1999-cu ildə Gürcüstanın Supsa limanından başlanıb.

Xəbər lenti

Xəbər lenti