...

Azərbaycan neftinin qiyməti artıb

Energetika Materials 28 Avqust 2006 16:53 (UTC +04:00)

Avqustun 25-də bir barel AZERI LT FOB Ceyhan neftinin qiyməti $71,47 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $1,10 artıb). Neft Ceyhan limanına Bakı-Tiflis- Ceyhan (BTC) boru kəməri ilə çatdırılır.

Trend in xəbər verdiyi kimi, avqustun 25-də bir barel AZERI LT CIF Augusta neftinin qiyməti $73,01 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,98 artıb). Azeri Light neftinin sıxlığı API üzrə 34,6 dərəcə, kükürdün həcmi isə 0,14% təşkil edir.

Avqustun 25-də bir barel URAL (EX-NOIO) neftinin qiyməti $66,22 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,92 artıb). URAL neftinin sıxlığı API üzrə 30,4-31,85 dərəcə, kükürdün həcmi isə 1,8%-ə qədərdir.

Avqustun 25-də bir barel DTD neftinin qiyməti $72,05 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $1,15 artıb). DTD neftinin sıxlığı API üzrə 38,3 dərəcə, kükürdün həcmi isə 0,36% təşkil edir.

"Azəri-Çıraq-Günəşli" yatağından hasil edilən Azeri Light növlü neftin "qərb" boru kəməri ilə dünya bazarlarına ixracına 1999-cu ildə Gürcüstanın Supsa limanından başlanıb.

Xəbər lenti

Xəbər lenti