...

"LUKoyl"un Direktorlar Şurası şirkətin 2007-2016-cı illər üçün inkişaf strategiyasını nəzərdən keçirəcək

Energetika Materials 29 Avqust 2006 12:10 (UTC +04:00)

"LUKoyl" şirkətinin Direktorlar Şurası 4 sentyabr 2006-cı il tarixində Sankt-Peterburqda səfər toplantısında şirkətin 2007-ci ildən 2016-cı ilə qədərki strategiya və intensiv artımının əsas prinsiplərini müəyyən edəcək. Trend RBK-ya istinadən xəbər verir ki, bu barədə "LUKoyl" şirkətinin mətbuat xidmətinin rəhbəri Dmitri Dolqov bildirib.

Onun sözlərinə görə, toplantıda həmçinin 2006-cı ilin birinci yarısında şirkətin fəaliyyətinin, büdcəntn və investisiya proqramının icrasının ilkin nəticələri gözdən keçiriləcək. Direktorlar şurası həmçinin Rusiyanın şimal-qərb bölgəsində şirkətin fəaliyyətini müzakirə edəcək.

2006-cı ilin birinci yarısında LUKoyl qrupunun neft hasilatının həcmi, 2005-ci ilin analoji dövrü ilə müqayisədə, 5,6% artaraq 46,69 mln. ton (sutkada 1,89 mln. barel) təşkil edib, qaz hasilatı isə 2 dəfədən çox - 7,74 mlrd. kubmetrə qədər artıb.

2005-ci ilin birinci yarısı ilə müqayisədə, 2006-cı ilin yanvar-iyun aylarında qrupun zavodlarında neft emalı 3,6% - 23,32 mln. ton artıb. 2006-cı ilin birinci yarısında, ötən illə müqayisədə, Rusiya standart mühasibat uçotu üzrə LUKoylun xalis gəliri 8,6% azalıb və 43 mlrd. 177 mln. rubl təşkil edib.

Xəbər lenti

Xəbər lenti