...

Azərbaycan neftinin qiyməti qalxıb

Energetika Materials 6 Oktyabr 2006 17:57 (UTC +04:00)

AZERI LT FOB Ceyhan neftinin qiyməti oktyabrın 5-də $58,04/barel təşkil edib, bu isə oktyabrın 4-dəki qiymətdən $1,82/barel çoxdur. Bu barədə Trend xəbər verir. Ötən cümə axşamına nisbətən AZERI LT FOB Ceyhan neftinin qiyməti $3,64/barel aşağı düşüb.

Trend xəbər verir ki, AZERI LT CIF Augusta neftinin qiyməti oktyabrın 5-də $59,40/barel təşkil edib, bu isə oktyabrın 4-dəki qiymətdən $1,85/barel çoxdur. Ötən cümə axşamına nisbətən AZERI LT CİF Augusta neftinin qiyməti $3,41/barel aşağı düşüb.

Azeri Light növlü neft işlənmə operatoru BP olan Azərbaycanın "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokunda hasil olunur. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa boru kəməri ilə Gürcüstanın Supsa limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanına çatdırılır. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

URAL (EX-NOVO) neftinin qiyməti oktyabrın 5-də $55,00/barel təşkil edib, bu isə oktyabrın 4-dəki qiymətdən $2,08/barel çoxdur. Ötən cümə axşamına nisbətən URAL (EX-NOVO) neftinin qiyməti $2,38/barel aşağı düşüb.

Azərbaycan xammalı Bakı-Novorossiysk boru kəməri ilə gətirərək, neftin URAL növünü Novorossiysk limanından satır. Azeri Light növü daxil olmaqla, keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəməri sistemində digər növlərlə qarışdırılır və Novorossiysk limanından URAL şəklində satılır. URAL neftinin sıxlığı APİ üzrə 30,4-31,85 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,8%-dir.

Oktyabrın 5-də DTD neftinin qiyməti $57,68/barel təşkil edib, bu isə oktyabrın 4-dəki qiymətdən $1,44/barel çoxdur. Ötən cümə axşamına nisbətən DTD neftinin qiyməti $2,79/barel aşağı düşüb.

DTD neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Xəbər lenti

Xəbər lenti